Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Əcnəbilərin hazırlığı proqramı davam edir

Azərbaycan Texnologiya Universitetində 3 fevral 2025-ci il tarixindən başlayan əcnəbi vətəndaşlar üçün hazırlıq proqramı uğurla davam edir. Proqram çərçivəsində xarici tələbələrə Azərbaycan dili, nitqin inkişafı və gələcəkdə təhsil almaq istədikləri ixtisasa uyğun fənlər tədris olunur. Bu hazırlıq mərhələsi əcnəbi tələbələrin yerli təhsil sisteminə uyğunlaşmasını və akademik uğurlarını təmin etməyə yönəlib.

Hazırlıq proqramını uğurla başa vuran tələbələrə şəhadətnamə təqdim olunur. Həmin sənəd əsasında onlar ölkəmizdəki ali təhsil müəssisələrində – həm bakalavr, həm də magistratura səviyyəsində təhsillərini davam etdirmək hüququ əldə edirlər.

Hazırda ATU-nun hazırlıq qruplarında Rusiya, Türkmənistan, Pakistan, Nigeriya və s. ölkələrdən 22 əcnəbi tələbə təhsil alır.

Bu proqram SDG 4 (Keyfiyyətli təhsil) və SDG 10 (Bərabərsizliyin azaldılması) məqsədləri ilə əlaqəlidir. Xarici tələbələrin yerli təhsil sisteminə adaptasiyası inklüziv və əlçatan təhsil mühitinin yaradılmasına xidmət edir. Dil və ixtisas hazırlığı onların akademik uğurunu təmin edən əsas amillərdəndir. Bu isə beynəlxalq təhsil əməkdaşlığının güclənməsinə töhfə verir. 

 

Azərbaycan Texnologiya Universitetində "Ekoloji irsimiz Göygöl" adlı elmi və maarifləndirici tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində "Ekoloji irsimiz Göygöl" adlı elmi və maarifləndirici tədbir keçirilib.

Göygöl Milli Parkının yaranması gününə həsr edilmiş tədbirdə Azərbaycan Texnologiya Universitetinin universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev,  Göygöl Milli Parkının direktoru Fuad Quliyev və baş elmi işçisi Zaur Məmmədov, Qida Mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri Elşad Məmmədov və kafedranın müəllim-tələbə heyəti iştirak edib.

Çıxışlarda Göygöl Milli Parkın yaranması tarixindən, zəngin flora və faunasından, qorunmasından, eləcə də nəsli kəsilməkdə olan bəzi heyvan növlərinin müdafiəsi istiqamətində görülən dövlət tədbirlərdən bəhs edilib.

Seminar çərçivəsində Göygöl Milli Parkından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra ATU ilə Göygol Milli Parkı arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bu tədbir SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 15 (Quruda həyat) ilə sıx bağlıdır. Təbii irsin qorunması ilə bağlı aparılan maarifləndirmə fəaliyyəti ekoloji şüurun yüksəldilməsinə yönəlmişdir. Milli parkların əhəmiyyətinin vurğulanması biomüxtəlifliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma davamlı ekosistemlərin qorunmasına töhfə verir.

 

Tələbələr asudə vaxtlarını dəyərləndirmək üçün Universitetin Kitabxana informasiya mərkəzində olublar

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin TEC-nin təşkilatçılığı ilə Ətraf mühitin mühafizəsi kafedrasının Ekologiya mühəndisliyi 2242r qrup tələbələri asudə vaxtlarını dəyərləndirmək üçün Universitetin Kitabxana informasiya mərkəzində olublar. Onlar öz tədqiqat işləri ilə bağlı ədəbiyyatları seçib mütaliə aparmış və müxtəlif elmi əsərlərə istinad ediblər.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) məqsədi ilə birbaşa əlaqəlidir. Elmi ədəbiyyatla işləmək və müstəqil tədqiqat aparmaq bacarıqları tələbələrin akademik inkişafında mühüm rol oynayır. Kitabxana resurslarından səmərəli istifadə analitik düşüncə və elmi yanaşmanı gücləndirir. Bu isə biliklərin dərinləşdirilməsinə və keyfiyyətli təhsil mühitinin formalaşmasına xidmət edir.


Turizm ixtisasının IV kurs tələbələri "Gold Naftalan" Sağlamlıq Mərkəzində təcrübə keçirlər

Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərovun təşəbbüsü ilə ATU-nun sənaye əlaqələri genişlənib. "Gold Naftalan" ilə bağlanmış müqaviləyə əsasən tələbələrin təcrübə müddəti çox məhsuldar keçir.

Turizm sənayesinin təşkili kafedrasının müdiri iqtisad elmləri doktoru Yusif Hümbətov Turizm ixtisası üzrə təhsil alan tələbələrlə təcrübə yerində görüşüb.

Bu əməkdaşlığın daha da genişlənəcəyini, qarşılıqlı faydalı əlaqələrin yeni uğurlara aparacağına əminliyini bildirib.

Tələbələrimizə göstərilən diqqətə və etimada görə "Gold Naftalan" Sağlamlıq mərkəzinin rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk.

Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) ilə bağlıdır. Turizm sektorunda praktiki təcrübə tələbələrin peşə bacarıqlarını real iş mühitində inkişaf etdirməsinə imkan yaradır. Bu cür əməkdaşlıqlar təhsil ilə əmək bazarı arasında əlaqəni möhkəmləndirir. Nəticədə ixtisaslı kadr hazırlığı və xidmət keyfiyyətinin yüksəldilməsi təmin olunur.

ATU-da Novruz şənliyi təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Novruzun şənliyi təşkil olunub.

Tədbiri rektor Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, qazilər, ATU əməkdaşları və tələbələr izləyiblər.

Tədbirdə müxtəlif ansamblların, eləcə də ATU tələbələrinin ifasında müsiqilər səsləndirilib, rəqslər ifa edilib. 

Şənlik çərçivəsində universitetin həyətində Novruz adət-ənənələrini əks etdirən süfrələr qurulub, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, fakültələr arasında kəndirdartma yarışı keçirilib. Novruzun personajları olan Kosa və Keçəl tədbirə bayram əhval ruhiyəsi qatıb. 

Şənlikdə tədbirin fəxri qonaqları olan qazi tələbələr və məzunlar rektor Yaşar Ömərovla birgə bayram tonqalını alovlandırıblar.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun keçiriləcək elmi konfrans barədə məruzəsi dinlənilib.

Daha sonra Mehman İsmayılovun təqdimatında Qida mühəndisliyi fakültəsinin, Alimə Qurbanovanın təqdimatında isə Kitabxana İnformasiya Mərkəzinin hesabatı dinlənilib.

İclas çərçivəsində tədris metodiki vəsaitlər təsdiq edilib, Qiyabi təhsil sektorunun müdiri İrşad Abbasov 70 illik yubileyi, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının baş müəllimi Fizuli Fərəci 65 illik yubileyi münasibətilə təltif olunub, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşı Sevda Qurbanova isə elmi ad alması münasibəti ilə mükafatlandırılıb.