Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Vətəndə təhsil: Soydaşlarımızın Azərbaycanda təhsil imkanları

Vətəndə təhsil: Soydaşlarımızın Azərbaycanda təhsil imkanları Azərbaycanın ali təhsil müəssislərinə əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili hazırda prioritet istiqamətlərdən biridir və bu istiqamətdə irəliləyişlərə nail olunması üçün çoxşaxəli işlər görülməkdədir. Bu məqsədlə Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Rusiya, Ukrayna və Gürcüstanda yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair “Vətəndə təhsil” adlı vebinar keçirilib.  Vebinarda ATM təbliği üçün təqdimatla çıxış imkanı yaradılan 6 təhsil müəssisəsindən biri də Azərbaycan Texnologiya Univetsiteti olub. UTECA görüşdə Elm və xarici əlaqələr mərkəzinin əməkdaşları tərəfindən təmsil edilib, univetsitetə əcnəbilərin qəbul şərtləri, qəbul prosesi, viza, miqrasiya məsələlərinə dəstək, Dil Hazırlıq Qrupu və əcnəbilər üçün yaradılmış şərait, pandemiya dövründə əcnəbilər üçün edilmiş güzəştlər,onların universitetin yataqxanasında ödənişsiz yerləşdirilmələri barədə məlumatlar verilib. Daha sonra isə vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  518 dəfə oxunub

UTECA-da ``Hərəmiz bir gül əkək`` adlı aksiya keçirilib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakülltəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş "Hərəmiz bir gül əkək" adlı aksiya keçirilib.Yaşıllaşdırma marafonu fakültə könüllülərinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə rektorun elm və innovasiyalar üzrə müşaviri dos.Mayıs Gülalıyev, tədris və sənaye əlaqələri üzrə müşaviri dos.Aqil Eyvazov, Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov, Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılov, professor Əhəd Nəbiyev və başqaları çıxış edib.Bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin əsası 1979-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin vaxt baza ixtisası şərabçılıq və yüngül sənaye olan universitet öz ənənəsinə sadiq qalaraq bu gün də qida mühəndisləri, texnoloqları yetişdirir.Qeyd edilib ki, Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov özü də Heydər Əliyevin vaxtilə təhsil almaq üçün xaricə göndərdiyi gənclərdən olub və o bu gün ulu öndərin əsasını qoyduğu universitetdə missiyasını, dövlətə, vətənə və xalqa xidmətini davam etdirir. Çıxış edənlər tələbələrə dövlətin onlar üçün yaratdığı şəraitdən faydalanaraq elmin sirlərinə yiyələnməyi, daim öz üzərlərində çalışmağı, yüksək səviyyəli kadr kimi yetişərək qida sektorunda nailiyyətlərə və yeniliklərə imza atmağı arzulayıblar.Tələbələrin ifasında əyləncə proqramı izlənildikdən sonra yaşıllaşdırma marafonuna start verilib. Tədbir iştirakçıları, eləcə də Qida mühəndisliyi fakültəsinin hər tələbəsi və əməkdaşı universitetin həyətinə müxtəlif növ gül fidanları basırıblar.Sonda fakültə könüllüləri təşəkkürnamə ilə təltif ediliblər.     637 dəfə oxunub

UTECA Avropada təmsil olunub

Polşada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. 28 ölkədən 56 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və Xarici Əlaqələr Mərkəzinin mütəxəssisi İlahə Qurbanova təmsil edib. Təlimlər Polşanın Bialistok Texnologiya Universitetində baş tutub. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir əməkdaşlıq edir.1 həftə davam edən təlimlərdə universitetlər arası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdən olub.Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb.Təlim müddətində mədəniyyət günü keçirilib. İştirakçılar onlara ayrılan guşələrdə mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər.Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib. 459 dəfə oxunub


UTECA-da Elmi Şuranın 8 saylı iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 8 saylı iclası iclası keçirilib.  Əvvəlcə Elmi Şura üzvləri və iştirakçılar UTECA-nın  professoru Şəmsəddinin Mütəllimovu 80 illiyi, elmlər doktoru Emin Namazovu 85 illik yubileyi, texnika üzrə fəlsəfə doktoru, dosent Tofiq Mirzəyevi isə 63 illiyi münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar. Daha sonra iclasın gündəliyində duran məsələlər elan edilib. İqtisadiyyat və idarəetmə fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti barədə müvafiq fakülətin yoxlanması komisiyasının sədri Hacıyev Rövşən məlumat verib. Monitorinqin nəticələri dinlənildikdən sonra sözügedən fakültənin elmi-tədqiqat işləri və nizam-intizama dair mövcud vəziyyəti müzakirə edilib, tövsiyələr verilib. Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti barədə çıxış edib. Doktorantura və Magistratura şöbəsinin müdiri Sadiq Əfəndiyev doktorantların illik hesabatını məruzə edib. Elmi Şura üzvləri tərəfindən doktorant Aytəkin Bağırovanın mövzu və rəhbəri təsdiqlənib. 538 dəfə oxunub

Rektor professor Akif Süleymanov “Azəralüminium” MMC-nin və “Azəralüminium” MMC-nin Gəncə Kompleksinin direktorunu fəxri ad ilə təltif edib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovu və “Azəralüminium” MMC-nin Gəncə Kompleksinin direktoru Cəmil Səfərovu “Tələbənin dostu” fəxri adı ilə təltif edib.Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti ilə “Azəralüminium” uğurlu universitet-sənaye əlaqələri icra edir. Belə ki, əsası 2016-cı ildən qoyulan əlaqələr nəticəsində “Azəralüminium”un sifarişi ilə 4 elmi tədqiqat işi aparılıb.“Azəralüminium” zavodunda UTECA-nın Kimya və metallurgiya mühəndisliyi kafedrasının filialı yaradılıb ki, bu da həftənin iki günü metallurgiya mühəndisliyi ixtisası üzrə ixtisas fənlərinin tələbələrə filialda tədrisinə imkan verib. Bununla da UTECA tələbələri müəssisənin zəngin laboratoriyalarından istifadə edir, istehsalın texnoloji keçidlərini əyani şəkildə görür, gələcəkdə qarşılaşa biləcəkləri problemlərlə indidən əyani şəkildə tanış olmaqla yüksək səviyyəli kadr kimi yetişirlər.Bundan başqa UTECA tələbələri “Azəralüminium”da elmi seminarlarla çıxış ediblər. İxtisasın tədris planının seçmə fənlər bloku isə müəssisənin təklifləri nəzərə alınaraq formalaşdırılıb.“Azəralüminium” ixtisasın maddi-texniki bazasına da əhəmiyyətli dərəcədə kömək edir. Bu ilin mayında Bakıda keçiriləcək “TEKNOFEST”də iştirak edəcək UTECA tələbələri “Robotlaşdırılmış minaaxtaran və zərərsizləşdirən” layihəsi çərçivəsində mobil robotu məhz bu tərəfdaş müəssisənin köməyi ilə hazırlayırlar.Rektor bütün bunları və universitetin tələbə cəmiyyətlərinin təklifini nəzərə alaraq “Azəralüminium”un rəhbər şəxslərini “Tələbənin dostu” fəxri adı ilə təltif edib.       697 dəfə oxunub

Milli-mənəvi dəyərlər UTECA gənclərinin gözü ilə

Azərbaycan Texnologiya Universitetində “Milli-mənəvi dəyərlərimiz UTECA gənclərinin gözü ilə” başlıqlı seminar keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova da iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov  mövzunun aktuallığından danışıb. Bildirib ki, milli mənəvi dəyərlərin təbliği tarixi yaddaşı gücləndirir, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayır. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Azərbaycan Texnologiya Universiteti də öz növbəsində bu təbliğata daim önəm verir. Çıxış edənlər milli mənəvi dəyərlərin təbliği ilə bağlı universitetdə, eləcə də ölkədə görülən işlərdən, dəyərlərin yaşadılmasında gəcliyin rolundan danışıblar, tələbələrin mövzuya dair suallarını cavablandırıblar. 435 dəfə oxunub