Azərbaycan Texnologiya Universitetində 2023/2024-cü qəbul ili üzrə magistratura pilləsində boş qalan yerlər aşağıdakı kimidir:-İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi - 1 yer-Marketinq (sahələr üzr) - 1 yer- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi - 2 yer- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətlərinin təşkili - 1 yer- Biznesin təşkili və idarə edilməsi (menecment, ingilis dili) - 4 yer- Polimerlərin kimyəvi texnologiyası - 1 yer- Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması - 1 yer- Turizm və sosial mədəni servis xidməti - 1 yer- Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu) - 4 yer- Biznesin təşkili və idarə edilməsi (marketinq) - 4 yer- Biznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri) - 2 yer- Biznesin təşkili və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi) - 3 yer- Biznesin təşkili və idarə edilməsi (vergi idarə edilməsi və vergi planlaşdırılması) - 1 yer- İnformasiya texnologiyaları və sistem mühəndisliyi - 1 yer- Elektron idarəetmə - 1yerCəmi - 28 yer 105 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilibİclasda Azərbaycan Texnologiya universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və müvafiq struktur rəhbərləri iştirak edib.İclasda imtahanlara hazırlıq səviyyəsi, imtahanların keçirilmə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirildi ki, imtahan sessiyasının 2 iyun 2023-cü il tarixdə başlaması və 5 iyul 2023-cü il tarixdə yekunlaşması nəzərdə tutulur. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, hər cür şərait təmin edilib. 314 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına start verilibAzərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov imtahan prosesini izləyib. Universitet rəhbəri tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyyələr verərək qaydalar barədə məlumatlandırıb. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.Qeyd edək ki, 5 iyul tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. 300 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (ATU) Rusiyanın Tümen Dövlət Universitetinin (TDU) Sahibkarlıq baza kafedrasının müdiri prof. Eduard Omarovun seminarı baş tutub.Seminarda ATU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimov və əməkdaşları iştirak edib.E.Omarov rəhbərlik etdiyi kafedranın fəaliyyət istiqamətləri, sahibkarlıq təfəkkürünün tədris metodikası haqqında, eləcə də sahibkarlığın inkişafında psixoloji aspektin rolu barədə geniş məlumatlar verib.Seminar çərçivəsində Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri, sahibkarlığın inkişafında təhsilin rolunun artırılması məsələləri müzakirə edilib. Həmçinin, ATU ilə TDU arasında əlaqələrin genişləndirilməsi məqsədilə gələcəkdə sahibkarlığın inkişafına dair birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.Sonda E.Omarov fakültə əməkdaşları tərəfindən ünvanlanan sualları cavablandırıb. 297 dəfə oxunub
Şuşa bəyannaməsi regionda sülhün və hərtərəfli inkişafın təminatıdır 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanmış “Şuşa bəyannaməsi” nəinki Qarabağ bölgəsinin və ya Azərbaycan-Türkiyə münasibətlərinin eyni zamanda bütün regionun gələcək inkişaf perspektivlərini müəyyən edə biləcək mükəmməl bir razılaşmadır. Bəyannamədə göstərilən, Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin gücləndirilməsi bəndlərini istisna etsək bəyannamənin digər bəndlərindən, istər iqtisadi əməkdaşlığa aid olan, istər siyasi əməkdaşlığa aid olan və ya nəqliyyat dəhlizlərinin açılmasına aid olan bəndlərindən Ermənistan Respublikası da yararlana bilər və bu onlara böyük fayda gətirə bilər. Əslində bugünkü Ermənistanın bütün problemlərinin əsas səbəbi qonşularnan yaratdığı mənfi münasibətlərdir. Bu qonşu düşmənçiliyi və onun gətirdiyi blokada Ermənistanı regionda gedən əksər iqtisadi proseslərdən kənarda qoyduğu kimi, ölkənin iqtisadi cəhətdən çökməsinə və əhalinin böyük bir hissəsinin öz evlərini tərk etməsinə səbəb olub. Müasir mənzərədə Ermənistan ABŞ , Fransa, Rusiyada və bir sıra başqa ölkələrdə özünə müttəfiq və ya dost axtarışındadır amma tarixi təcrübə onu göstərir ki, qonşularnan düzgün münasibətlər qura bilməyən xalqlar bütün parametrlərdə geri qalmağa məhkum olurlar. Tarixə nəzər salanda aydın şəkildə görmək mümkündür ki, ermənilərin qonşuları ilə olan təhlükəli münasibətlərinin səbəbkarı elə özləridir. Onların bütün qonşularına olan ərazi iddiaları, özlərinin dünyanın ən qədim xalqı olduqlarını sübut etməyə çalışan yalançı xəstə təfəkkür və bir sıra başqa şəxsi ambisiyaları ermənilərin əsas problemidir. Tarix boyu biz türklər, istər Anadolu istərsə də Azərbaycan türkləri ermənilərə qarşı heç bir iddiada olmamış onlara qarşı daim səxavət və mərhəmət göstərməyə çalışmışıq. Təəssüflər olsun ki, qarşılığında düşmənçilik görmüşük. Bu gün nəinki Azərbaycan eləcə də, bütün region üçün münasibətlərə yenidən baxmaq, əlaqələri yenidən qurmaq və yeni perspektivlərdən düzgün yararlanmaq kimi şans yaranıb. Azərbaycanda xalq və hakimiyyət birliyinin gətirdiyi tarixi Qarabağ qələbəsi bütün regionun siyasi və iqtisadi mənzərəsini müsbətə doğru yenidən dəyişəcəkdir. Nəqliyyat dəhlizlərinin xüsusilə də, Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin, Azərbaycanın və Türkiyənin formalaşdırdığı, yeni mənzərədə iştirakına səbəb olacaqdır. Xüsusilə də bu işdən ən çox fayda götürən Ermənistan ola bilər. Avropaya birbaşa çıxışı olmayan, ən yaxın müttəfiqi olan Rusiya ilə Gürcüstan vasitəsilə əlaqə yaratmağa çalışan Ermənistan üçün, sərhədlərin açılması böyük gəlir gətirə biləcək bir şansdır. Gürcüstan-Rusiya sərhədinin ağır coğrafi şəraiti və o qədər də yaxşı olmayan Ermənistan–Gürcüstan, Gürcüstan–Rusiya münasibətləri bir çox hallarda ermənilərin Rusiya ilə əlaqəsinə maneçilik törədir. Əslində Ermənistanın bu 44 günlük müharibədə məğlubiyyəti, məsələyə düzgün yanaşa bilsələr onların qələbəsinə çevrilə bilər. Çünki hazırki iqtisadi və siyasi mənzərə ilə Ermənistan iqtisadi cəhətdən çökə və öz mövcudluğunu itirə bilər. Bir sözlə Ermənistanın xilası Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Sülhü hansısa ölkənin sülhməramlı qüvvələrində axtarmaqdansa qonşular ilə müsbət münasibətlər qurmaq daha faydalıdır. O məlum sülhmərəmlılar 300 ildən artıqdır ki dünyada mövcuddurlar və hələ onların harasa sülh gətirdikləri və ya hardasa sülhü təmin etdikləri görülməyib. Azərbaycan və Türkiyə rəhbərlərinin birbaşa təşəbbüsü ilə imzalanmış “Şuşa bəyannaməsi” nəinki Ermənistanla Azərbaycan arasında eləcə də bütün regionda sülhün təminatçısına çevriləcəkdir. Onun yaradacağı yeni iqtisadi əlaqələr, Azərbaycanla Türkiyə arasında daha da möhkəmlənən qardaşlıq, mütləq və mütləq bütün bölgənin xilasıdır. Çünki bizlər sülhpərvər, dostcanlı, mərhəmətli və ən əsası mərd xalqın nümayəndələriyik. Bizimlə dost olmaq hər kəsin faydasınadır. Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universiteti Sosial məsəslələr və ictimaiyyətlə əlaqələr üzrə müşavir 265 dəfə oxunub
Tyutor hazırlığı kursunu uğurla bitirənlərə sertifikatlar verilibAzərbaycan Texnologiya Universitetində 2023-cü ilin 27 fevral tarixindən başlayan tyutor hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə bu gün sertifikatlar təqdim edilib.Akademik məsləhətçi statusu qazananlara sertifikatı Azərbaycan Texnologiya Universitetinin tədris şöbəsinin müdiri Raqif Hüseynov və təlimçilər təqdim edib. R.Hüseynov kursu uğurla bitirənlərə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun təbrikini çatdırıb, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.Qeyd edək ki, 3 ay davam edən kursun sonunda 6 müdavim I dərəcəli, 4 nəfər II dərəcəli, 1 dinləyici isə III dərəcəli sertifikata layiq görülüb. 239 dəfə oxunub