Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti ilə ``Huawei Technologies” Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə "Huawei Technologies” Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıbBu məqsədlə Azərbaycan Texnologiya Universiteti (ATU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Huawei Technologies” Azərbaycan şirkəti arasında üçtərəfli görüş keçirilib.Azərbaycan Texnologiya Universitetində baş tutan görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini department rəhbərləri Fatimə Ələkbərova, Loukas Tzitzis, layihə rəhbəri Gülnar Mirhüseynova, kommunikasiya və tədbirlər üzrə meneceri Aygün Məmmədli, "Huawei Technologies” Azərbaycan şirkətini isə ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia və insan resursları üzrə aparıcı mütəxəssisi Veronika İbrahimova təmsil edib.Məhsuldar görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutan görüşün sonunda "Huawei” şirkəti ilə ATU arasında əməkdşalıq memorandumu imzalanıb.Sənədi Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Huawei Technologies” Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia imzalayıb.Memorandumda Rəqəmsal Bilik və İKT Bacarıqları Proqramının hazırlanması istiqamətində birgə görüləcək işlər, ATU-nun "Huawei” İKT Akademiyasının üzvü olması, İKT sahəsində əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi kimi məsəllər öz əksini tapır.     85 dəfə oxunub

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıbBu məqsədlə Azərbaycan Texnologiya Universitetində ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Agentliyin direktoru Cavid Abdullayevin iştirakı ilə görüş keçirilib. Məhsuldar görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri və birgə görülə biləcək işlər müzakirə edilib.Sonda tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək üçün hər iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb.Sənəddə müvafiq sahələr üzrə təlim və treninqlərin keçirilməsi, birgə konfrans və elmi seminarların təşkili, inkişaf yönümlü müxtəlif proqram və layihələrin həyata keçirilməsində əməkdaşlığın təşviq olunması, elmi-nəzəri və praktiki tədqiqatların aparılması, tədris-metodiki vəsaitlərin hazırlanması, Agentlik mütəxəssislərinin təlim-tədris proseslərinə töhfə verməsi və s. kimi məsələlər öz əksini tapır.     99 dəfə oxunub

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə abituriyentlərə dəstək məqsədilə Azərbaycan Texnologiya Universitetində (ATU) tədrisi aparılan ixtisasların tanıtımı keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə abituriyentlərə dəstək məqsədilə Azərbaycan Texnologiya Universitetində (ATU) tədrisi aparılan ixtisasların tanıtımı keçirilib.Onlayn baş tutan tədbirdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin dekan müavini Ramil Vəliyev abituriyentlərə ATU-da tədrisi aparılan ixtisaslar və onların aktuallığı, müsabiqə balları, ayrılan plan yerləri, ötən illərin keçid balları haqda məlumat verib, onları ixtisas seçimi zamanı düzgün kodlaşdırma ilə bağlı məlumatlandırıblar.Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb. 90 dəfə oxunub


Azərbaycan Texnologiya Universitetində #təkrar #ali #təhsil almaq istəyən şəxslərin nəzərinə

Azərbaycan Texnologiya Universitetində #təkrar #ali #təhsil almaq istəyən şəxslərin nəzərinəTəkrar ali təhsil almaq istəyənlərin qəbul prosesi Elm və Təhsil Nazirliyinin xüsusi portalı portal.edu.az vasitəsilə həyata keçirilir.Lazım olan sənədlərin siyahısı aşağıdakı kimidir:1. Diplomun və əlavəsinin notarial qaydada təsdiqi2. Şəxsiyyət vəsiqəsinin surəti3. Hərbi biletin surəti (oğlanlar üçün)4. Ərizə5. 3x4 şəkil 4 ədəd6. Əlaqə telefonu, email ünvanıSənədlərin qəbulu prosesi 31.08.2023-cü il tarixinədək davam edəcək. 121 dəfə oxunub

Azərbaycan Texnologiya Universiteti (ATU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birlikdə beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir

Azərbaycan Texnologiya Universiteti (ATU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birlikdə beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir.Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans 21-22 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində hibrid formatda təşkil olunacaqdır.Konfransın təqvimi aşağıdakı kimidir:Tezisi təqdim etmək üçün son tarix - 03 sentyabr 2023-cü ilQeydiyyat və ödəniş müddəti - 08 sentyabr 2023-cü ilKonfrans proqramının yayım tarixi - 12 sentyabr 2023-cü ilMəqaləni təqdim etmək üçün son tarix - 30 sentyabr 2023-cü ilKonfrans materiallarının nəşri - 20 oktyabr 2023-cü ilKonfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən ali təhsil və elmi tədqiqat müəssisələrində fəaliyyət göstərən tədqiqatçılar, sənaye müəssisələrinin nümayəndələri iştirak edə bilərlər.Konfransın işçi dilləri: Azərbaycan, Türk, İngilis, RusTezisin tərtib olunma qaydaları:Konfransda iştirak etmək üçün əvvəlcə tezis təqdim olunur.Tezislərin yekun qiymətləndirilməsi prosesi 5 gündən çox çəkmir.Qiymətləndirmənin nəticəsi dərhal müəllifə bildirilir.Tezislərin yazılma qaydaları aşağıdakı kimidir:- Boş sahələrin ölçüləri: 2,5 sm- Şrift: Times New Roman, 12 pt- Sətir aralığı: 1.00 sm- Adı: Bütün hərflər böyükdür- Açar sözlər: ən azı 3- Tezis 200 - 300 söz arasında olmalıdır.Tezisdə bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisası, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır.Tezislər 3 sentyabr 2023-cü il tarixindən gec olmayaraq word/doc/docs formatında [email protected] ünvanına göndərilməlidir.Tezisin Nümunə Formatını - https://www.iensci.org/ices?lang=tr linkini açdıqdan sonra, bu qeydiyyatdan (Öz Metin Örnek Format) götürmək lazımdır.Məqalənin tərtib olunma qaydaları:Tezis qəbul edildikdən sonra məqalə Konfrans Materiallarında dərc olunması üçün, 30 sentyabr 2023-cü il, saat 17:00-a qədər [email protected] ünvanına göndərilməlidir.Oxşarlıq dərəcəsi 30%-dən yuxarı olan məqalələr qəbul edilmir.Məqalənin yazılma qaydaları aşağıdakılardır:- Boş sahələrin ölçüləri: 2,5 sm- Şrift: Times New Roman, 12 pt- Sətir aralığı: 1.00 sm- Adı: Bütün hərflər böyükdür- Altyazı: kiçik- Səhifələrin sayı: 5 -25 səhifə həcmində olmalıdır.Tam mətnlərdə XÜLASƏ, GİRİŞ, MÖVZU VƏ METODLAR, NƏTİCƏ və TƏTBİQ, NƏTİCƏ və TÖVSİYƏLƏR, ƏDƏBİYYAT ayrı başlıqlar altında yazılmalıdır.Sitat formatı: APA 6 üslublu sitat formatından istifadə edilməlidir.Məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisası, şəhər və ölkəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır.Məqalənin Nümunə Formatını - https://www.iensci.org/ices?lang=tr linkini açdıqdan sonra, bu qeydiyyatdan (Tam Metin Örnek Format) götürmək lazımdır.Konfransın ödənişləri:Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün konfransda iştirak ödənişsizdir. Digər şəxslər üçün iştirak haqqı- Konfransda Üz-üzə İştirak haqqı (Maksimum iki məruzə): Pulsuz- Konfransda Onlayn Bir Məruzə ilə İştirak haqqı (Azərbaycan): 50 AZN- Konfransda Onlayn Bir Məruzə ilə İştirak haqqı (Türkiyə): 500 TL- Konfransda Onlayn İki Məruzə ilə İştirak haqqı (Azərbaycan): 75 AZN- Konfransda Onlayn İki Məruzə ilə İştirak haqqı (Türkiyə): 750 TLTürkiyə üzrə ödəniş- 08 sentyabr 2023-cü il tarixinədək aşağıdakı linklərə klikləməklə kredit kartı ilə ödəniş olunmalıdır (Ödəniş qəbul məktubu göndərildikdən sonra edilməlidir)- Kredit kartı ilə 500 TL ödəmək üçün linkə daxil olunmalıdır: https://iyzi.link/AIwWpg- Kredit kartı ilə 750 TL ödəmək üçün linkə daxil olunmalıdır: https://iyzi.link/AItr5wAzərbaycan üzrə ödənişBenefisiar bank: Kapital Bank ASC Şuşa filialıValyuta: AZNFilial kodu: 200167Nömrə: 9900003611SWIFT kodu: AIIBAZ2XXXXÇoxsaylı hesab: AZ37NABZ01350100000000001944Benefisiarların adı: İKSAD AZƏRBAYCANFaydalar hesabı: AZ77AIIB400900D9447335204116Faydaların VÖEN-i: 7501036281Kapital Bank Adı: AZ 1130, Bakı şəhəri, 8-ci mikr-n, İbrahimpaşa Dadaşov kiçik.3158/3156-ci məhəlləİKSAD Azərbaycan Adı və Telefon: Bakı ş., 8-ci mkr., Azadlıq m/s.İbrahimpaşa Dadaşov balaca. 167a +994 77 331 98 24; +994 77 377 76 22İştiraka nələr daxildir?- Konfrans materiallarının ( tezis və məqalə) nəşri- Əyani iştirak edən bütün müəlliflər üçün “iştirakçı sertifikatı”- Onlayn iştirakçılar üçün “iştirakçı sertifikatı” (PDF formatında)Konfransın keçiriləcəyi ünvan və əlaqəGəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Telefon: +90 551 621 70 76; +994 22 257-00-46Faks: +90 216 606 32 75;Konfrans haqqında daha ətraflı məlumat ATU – nun saytında (https://www.uteca.edu.az/post.php?post=780 ) verilib     176 dəfə oxunub

ATU-nun  bəzi ixtisaslar üzrə təhsil alan tələbələri üçün “Huawei ICT Competition 2023 - 2024 Middle East & Central Asia`` adlı müsabiqədə iştirak imkanı yaranıb

"Huawei" şirkətinin Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığı çərçivəsində adı çəkilən şirkət universitetin “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələr üçün “Huawei ICT Competition 2023 - 2024 Middle East & Central Asia (Huawei İKT Yarışması 2023 - 2024 Yaxın Şərq və Mərkəzi Asiya)” adlı müsabiqədə iştirak imkanı yaradır.Bu gündən etibarən qeyd olunan ixtisasların tələbələri Huawei şirkətinin təqdim etdiyi linkə (https://e.huawei.com/en/talent/...) daxil olaraq qeydiyyatdan keçə və müsabiqə haqqında daha ətraflı məlumat əldə edə bilərlər.Son qeydiyyat tarixi 20.10.2023-cü ildir.Müsabiqə haqqında ilkin məlumatlar aşağıda qeyd olunub:-Müsabiqə İngilis dilində olacaq;-Qeydiyyatdan keçmiş tələbələr elektron kurs materiallarına giriş əldə edəcək;-Hər bir mərhələnin sonunda tələbələrə hazırlaşdıqları elektron kurs materialları əsasında tərtib edilmiş online test imtahanı təşkil olunacaq və ən sonda isə laboratoriya imtahanı keçiriləcəkdir;-Ölkə üzrə qalib gələn komandalar növbəti mərhələdə region üzrə müsabiqələrdə iştirak etmək imkanını qazanacaq;-Tutduğu yerdən asılı olaraq qalib gələn komandalara mükafatlar təqdim olunacaq (1-ci yer üçün Huawei MateBook, 2-ci yer üçün Huawei Phone, 3-cü yer üçün Huawei Matepad).     78 dəfə oxunub