ECAR layihəsi çərçivəsində komitə üzvləri ilə görüş keçirilibAzərbaycan Texnologiya Universitetində (ATU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı ATU-nun müvafiq komitə üzvləri ilə görüş keçirilib.Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində yaradılmış komitələrin gördüyü işlərlə bağlı ətraflı məlumat verib, eyni zamanda daxili monitorinq məqsədi ilə layihə sənədlərinə baxış keçiriblər.Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və komitələrin gələcək fəaliyyəti müzakirə edilib.Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. 312 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 2022/2023-cü tədris ili üzrə son iclası keçirilib Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə qəbul planının vəziyyəti barədə çıxış edib. Daha sonra Avtomatika, Telekommuniyasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyevin, Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabat məruzələri dinlənilib.Elmi Şurada professor-müəllim heyətinin növbəti tədris ili üzrə iş normaları, tədris metodiki vəsaitlərin təsdiqi kimi bir sıra məsələlərə baxılıb.İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Nazim Vəliyev, Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının baş müəllimləri Maya Hümbətova, Qənirə Abbasova yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar. 206 dəfə oxunub
Rumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universitetinin nümayəndələri Erasmus+ proqramı çərçivəsində Azərbaycan Texnologiya Universitetində səfərdə olublarRumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universitetinin Mühəndislik və Tekstil məhsullarının Dizaynı kafedrasının 3 nəfər professor-müəllim heyəti Erasmus+ proqramı çərçivəsində 19-23 iyun 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində səfərdə olublar.Proqramın ilk günləri Qabaqcıl Materiallar, Məhsullar və Proseslər üzrə Araşdırma Mərkəzinin direktoru, eyni zamanda Beynəlxalq Toxuculuq Texnoloqları Federasiyasının (IFKT) Rumıniya bölməsinin prezidenti professor Mirela Blaqa, dos. Alina İovan-Draqomir və Dr. Mariana İçimin universitetin Tədris şöbəsi və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.Daha sonra nümayəndə heyəti universitetin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, onlara öz ölkə və universitetlərinə aid maraqlı məruzələrlə çıxış ediblər, dizayn və tekstil sahəsinə dair fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar digər fakültə dekanları və professor müəllim heyəti ilə görüşüb, sıx əməkdaşlıq imkanları müzakirə edilib. 206 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birlikdə beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir. Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans 21-22 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində hibrid formatda təşkil olunacaqdır. Konfransın istiqamətləri aşağıdakılardır: Akustika, Vibrasiya və Fononika Qabaqcıl istehsalat Qabaqcıl materiallar: Dizayn, emal, xarakteristika və tətbiqlər Aerokosmik texnologiyada irəliləyişlər Aerokosmik mühəndislik Kənd təsərrüfatı mühəndisliyi Memarlıq mühəndisliyi ASME Beynəlxalq Bakalavr Tədqiqat və Dizayn Sərgisi Səs mühəndisliyi Avtomobil mühəndisliyi Biomühəndislik Biotibb və biotexnologiya Biosistemlər mühəndisliyi Yayım mühəndisliyi Kimya mühəndisliyi Mülki mühəndislik Kompüter mühəndisliyi Kimya və metallurgiya mühəndisliyi Korroziya mühəndisliyi Dizayn, Sistemlər və Mürəkkəblik Dinamika, Vibrasiya və Nəzarət Elektrik mühəndisliyi Elektron mühəndisliyi Enerji Mühəndislik təhsili Mühəndislik etikası Mühəndislik araşdırmaları Ətraf mühit mühəndisliyi Ətraf mühit elmi Maye mühəndisliyi Geologiya mühəndisliyi İstilik ötürülməsi və istilik mühəndisliyi Sənaye mühəndisliyi İnformasiya mühəndisliyi Alətlər və nəzarət İstehsal Mühəndisliyi Dəniz mühəndisliyi Materiallar mühəndisliyi Mexanika mühəndisliyi Bərk cisimlərin, strukturların və mayelərin mexanikası Mikro və nano sistem mühəndisliyi və qablaşdırma Hərbi mühəndislik Dağ-mədən mühəndisliyi Milli elm fondu Nüvə mühəndisliyi Neft mühəndisliyi Mühəndislik fəlsəfəsi Tədqiqat plakatları Təhlükəsizlik mühəndisliyi, risk və etibarlılığın təhlili Proqram mühəndisliyi Struktur mühəndisliyi Sistem mühəndisi Tekstil mühəndisliyi Qida mühəndisliyi Yüngül sənaye mühəndisliyi Dizayn Konfransın təqvimi aşağıdakı kimidir: Tezisi təqdim etmək üçün son tarix - 03 sentyabr 2023-cü il Qeydiyyat və ödəniş müddəti - 08 sentyabr 2023-cü i Konfrans proqramının yayım tarixi - 12 sentyabr 2023-cü il Məqaləni təqdim etmək üçün son tarix - 30 sentyabr 2023-cü il Konfrans materiallarının nəşri - 20 oktyabr 2023-cü il Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən ali təhsil və elmi tədqiqat müəssisələrində fəaliyyət göstərən tədqiqatçılar,sənaye müəssisələrinin nümayəndələri iştirak edə bilərlər. Konfransın işçi dilləri: Azərbaycan, Türk, İngilis, Rus Tezisin tərtib olunma qaydaları: Konfransda iştirak etmək üçün əvvəlcə tezis təqdim olunur. Tezisin elmi ekspertizası xarici eksperlər tərəfindən həyata keçirilir, müddəti 5 gündən çox olmur. Elmi ekspertizanın nəticəsi dərhal müəllifə bildirilir Tezislərin yazılma qaydaları aşağıdakı kimidir: - Boş sahələrin ölçüləri: 2,5 sm - Şrift: Times New Roman, 12 p - Sətir aralığı: 1.00 sm - Adı: Bütün hərflər böyükdür - Açar sözlər: ən azı 3 - Tezis 200 - 300 söz arasında olmalıdır. Tezisdə bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisası, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır. Tezislər 3 sentyabr 2023-cü il tarixindən gec olmayaraq word/doc/docs formatında [email protected] ünvanına göndərilməlidir. Tezisin Nümunə Formatını - https://www.iensci.org/ices?lang=tr linkini açdıqdan sonra, bu qeydiyyatdan (Öz Metin Örnek Format) götürmək lazımdır. Məqalənin tərtib olunma qaydaları: Tezis qəbul edildikdən sonra məqalə Konfrans Materiallarında dərc olunması üçün, 30 sentyabr 2023-cü il, saat 17:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Oxşarlıq dərəcəsi 30%-dən yuxarı olan məqalələr qəbul edilmir. Məqalənin yazılma qaydaları aşağıdakılardır: - Boş sahələrin ölçüləri: 2,5 sm - Şrift: Times New Roman, 12 pt - Sətir aralığı: 1.00 sm - Adı: Bütün hərflər böyükdür - Altyazı: kiçik - Səhifələrin sayı: 5 -25 səhifə həcmində olmalıdır. Tam mətnlərdə XÜLASƏ, GİRİŞ, MÖVZU VƏ METODLAR, NƏTİCƏ və TƏTBİQ, NƏTİCƏ və TÖVSİYƏLƏR, ƏDƏBİYYAT ayrı başlıqlar altında yazılmalıdır. Sitat formatı: APA 6 üslublu sitat formatından istifadə edilməlidir. Məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisası, şəhər və ölkəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır. Məqalənin Nümunə Formatını - https://www.iensci.org/ices?lang=tr linkini açdıqdan sonra, bu qeydiyyatdan (Tam Metin Örnek Format) götürmək lazımdır. Konfransın ödənişləri: Azərbaycan Texnologiya Universitetinin əməkdaşları üçün konfransda iştirak ödənişsizdir. Digər şəxslər üçün iştirak haqqı - Konfransda Üz-üzə İştirak haqqı (Maksimum iki məruzə): Pulsuz - Konfransda Onlayn Bir Məruzə ilə İştirak haqqı (Azərbaycan): 50 AZN - Konfransda Onlayn Bir Məruzə ilə İştirak haqqı (Türkiyə): 500 TL - Konfransda Onlayn İki Məruzə ilə İştirak haqqı (Azərbaycan): 75 AZN - Konfransda Onlayn İki Məruzə ilə İştirak haqqı (Türkiyə): 750 TL Türkiyə üzrə ödəniş - 08 sentyabr 2023-cü il tarixinədək aşağıdakı linklərə klikləməklə kredit kartı ilə ödəniş olunmalıdır (Ödəniş qəbul məktubu göndərildikdən sonra edilməlidir) - Kredit kartı ilə 500 TL ödəmək üçün linkə daxil olunmalıdır: https://iyzi.link/AIwWpg - Kredit kartı ilə 750 TL ödəmək üçün linkə daxil olunmalıdır: https://iyzi.link/AItr5w Azərbaycan üzrə ödəniş Benefisiar bank: Kapital Bank ASC Şuşa filialı Valyuta: AZN Filial kodu: 200167 Nömrə: 9900003611 SWIFT kodu: AIIBAZ2XXXX Çoxsaylı hesab: AZ37NABZ01350100000000001944 Benefisiarların adı: İKSAD AZƏRBAYCAN Faydalar hesabı: AZ77AIIB400900D9447335204116 Faydaların VÖEN-i: 7501036281 Kapital Bank Adı: AZ 1130, Bakı şəhəri, 8-ci mikr-n, İbrahimpaşa Dadaşov kiçik. 3158/3156-ci məhəllə İKSAD Azərbaycan Adı və Telefon: Bakı ş., 8-ci mkr., Azadlıq m/s. İbrahimpaşa Dadaşov balaca. 167a +994 77 331 98 24; +994 77 377 76 22 İştiraka nələr daxildir? - Konfrans materiallarının ( tezis və məqalə) nəşri - Əyani iştirak edən bütün müəlliflər üçün “iştirakçı sertifikatı” - Onlayn iştirakçılar üçün “iştirakçı sertifikatı” (PDF formatında) Konfransın keçiriləcəyi ünvan və əlaqə Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103 Telefon: +90 551 621 70 76; +994 22 257-00-46 Faks: +90 216 606 32 75; 610 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun Günü keçirilib Universitetin Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr, eləcədə magistr məzunları Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası sədaları altında təntənəli şəkildə meydana toplandıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov çıxış edib. Y.Ömərov bu günün ATU ailəsi üçün əlamətdar bir gün olduğunu və məzunların məhz Heydər Əliyev ilinin məzunları olmasından xüsusi qürur hissi keçirdiklərini qeyd edib. O məzunların bundan sonra da layiqli vətəndaş olacaqlarına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacaqlarına əminlik ifadə edib.Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri İbrahim Qədirov və valideynlər çıxış edərək məzunları təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və nailiyyətlər arzulayıblar.Tədbir ən yüksək göstəriciləri olan, universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrin təltif olunması ilə davam edib. Ən yüksək nəticələrlə məzun olanların şəkilləri və məlumatları monitorda əks olunub. Tədbirin fəxri qonaqları olan qazi məzunlar hədiyyələrlə təltif edilib.ATU ilə əməkdaşlığı olan “AzGranata” şirə və şərab emalı zavodu, Kapital Bankın Gəncə filialı, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “Tech Space” kimi müəssisə və təşkilatlar tərəfindən bir qrup məzunlara hədiyyələr verilib.Məzun günü Xalq artisti, bəstəkar Sərxan Sərxanın ifasında coşqulu konsert proqramı ilə davam edib. Bundan başqa DJ Xaliq Bağırov, “Gəncə band” nəfəsli alətlər qrupu, Gəncə Dövlət Filarmoniyasının solistləri, Xəmsə rəqs ansamblı, eləcə də bir qisim məzunlar tədbir iştirakçıları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış edib.Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar. 235 dəfə oxunub
“Techspace Azerbaijan” şirkəti Azərbaycan Texnologiya Universiteti tələbələrinə Csharp və MsSql dərsləri üzrə təlim keçibİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə reallaşan təlim-seminar “Technest” təqaüd proqramı çərçivəsində baş tutub. Təlimçi qismində proqramın müəllimləri iştirak edib.“Technest” təqaüd proqramı 2021-ci ilin oktyabrından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.Fəaliyyətinin ilk ilində proqramdan 600-dən çox gənc yararlanıb. 215 dəfə oxunub