Azərbaycan Texnologiya Universiteti (ATU), Lənkəran Dövlət Universiteti (LDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilibTədbirə Azərbaycan Texnologiya Universiteti ev sahibliyi edib. Konfrans Dövlət Himnin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib. Bilidirib ki, konfransın Heydər Əliyev ilində, Milli Qurtuluş Günü ərəfəsində keçirilməsində məqsəd Azərbaycanın bu günkü hərtərəfli və dinamik inkişaf yolunda irəliləməsinin məhz Ulu Öndər Heydər Əliyevin strategiyasının təntənəsi olduğuna diqqət çəkməkdir. Y.Ömərov çıxışında tarixin xronologiyasına nəzər salıb, nitqinin sonunda konfransın işinə uğurlar arzulayıb.Daha sonra Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov çıxış edərək Ulu Öndərin xalqın taleyində, dirçəlişində, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edib, Ümummilli liderin təhsil strategiyasının davamından, bu çərçivədə 3 universitet arasında əməkdaşlığın perspektivindən bəhs ediblər.Daha sonra Azərbaycan Texnologiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. i.e.d. Mayıs Gülalıyevin moderatorluğu ilə konfransın məruzələri dinlənilib.Məruzəçilər qismində ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı Zaur Məmmədov, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edib.Qeyd edək ki, tədbir hibrid qaydada təşkil olunub, hər üç universitetin tədqiqatçıları konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər. 283 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıbAzərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Üçtərəfli sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov, Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov imzalayıb.Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və.s sahələri əhatə edir. 265 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində magistrların dissertasiya mövzularının müdafiəsi davam edir2022-2023-cü tədris ili üzrə 172 magistr dissertasiya müdafiəsinə buraxılıb. Müdafiə 16 iyun tarixində başlayıb və iyulun 5-dək davam edəcək. Dissertasiya müdafiəsinə akademik borcu qalmayan və ilkin müzakirədən müvəffəqiyyətlə keçən magistrlar buraxılır. 269 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilibYaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər və media nümayəndələri iştirak edib.Tədris şöbəsinin müdiri Raqif Hüseynov əvvəlcə dəyirmi masa ətrafında imtahan prosesi barədə məlumatlar verib. Bildirib ki, imtahanlar universitetin 5-ci tədris korpusunda aparılır və gün ərzində 800-ə yaxın tələbə test və yazılı qaydada imtahanlarda iştirak edir. R.Hüseynov sonuncu kursların Yekun Dövlət Attestasiya İmtahanının dünəndən başladığını, 3 gün ərzində davam edəcək bu imtahanların da nəzarət altında obyektiv keçirilməsinə səy göstərildiyini vurğulayıb. Əlavə edib ki, imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. İmtahan nəticələri kənar şəxslərin girişinin qadağan olunduğu kodlaşdırma otağında yoxlanılır və həmin gün də tələbələrə elan edilir.Valideynlər şifahi məlumatlar aldıqdan sonra imtahan zallarını gəzib, prosesi yaxından izləyiblər. Burada İmtahan Komissiyasının sədri İlhamə Quliyeva və Apellyasiya Komissiyasının sədri Eldəniz Bayramovla həmsöhbət olublar. Onlar baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına 2 iyunda start verilib. Proses 5 iyuladək davam edəcək. 210 dəfə oxunub
ECAR layihəsi çərçivəsində komitə üzvləri ilə görüş keçirilibAzərbaycan Texnologiya Universitetində (ATU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı ATU-nun müvafiq komitə üzvləri ilə görüş keçirilib.Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində yaradılmış komitələrin gördüyü işlərlə bağlı ətraflı məlumat verib, eyni zamanda daxili monitorinq məqsədi ilə layihə sənədlərinə baxış keçiriblər.Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və komitələrin gələcək fəaliyyəti müzakirə edilib.Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. 312 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 2022/2023-cü tədris ili üzrə son iclası keçirilib Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə qəbul planının vəziyyəti barədə çıxış edib. Daha sonra Avtomatika, Telekommuniyasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyevin, Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabat məruzələri dinlənilib.Elmi Şurada professor-müəllim heyətinin növbəti tədris ili üzrə iş normaları, tədris metodiki vəsaitlərin təsdiqi kimi bir sıra məsələlərə baxılıb.İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Nazim Vəliyev, Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının baş müəllimləri Maya Hümbətova, Qənirə Abbasova yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar. 206 dəfə oxunub