Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 2022/2023-cü tədris ilinin yekun iclası keçirilibElmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov Elmi Şuranın 11 saylı iclasını açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.Daha sonra 2022/2023-cü tədris ilində ATU-nun fəaliyyəti və perspektiv inkişafı haqqında universitetin rektoru v.m.i.e. dos. Y.Ömərovun hesabatı dinlənilib.Sonra elmi katib Sevda Qurbanova 2023/2024-cü tədris ilinin birinci yarımili üçün universitet Elmi Şurasının iş planını müzakirəyə təqdim edib, müzakirələrdən sonra plan təsdiq olunub.Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin hesabatı dinlənilib.İmtahan komissiyasının rəhbəri İlhamə Rəhimova yaz imtahan sessiyasının vəziyyəti, Eldəniz Bayramov Apellyasiya komissiyasında işin gedişatı ilə bağlı məruzələrlə çıxış ediblər.Elm və innovasiyalar üzrə prorektor əvəzi i.e.d. Mayıs Gülalıyev universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrin yaradılmasına dair müvafiq komissiyanın hesabatını səsləndirib.İclas çərçivəsində tədris metodiki vəsaitlər təsdiq olunub, İctimai elmlər və multikulturalizm kafedrasının dos. Hüseyn Budaqov 75 illiyi münasibətilə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Tural Rüstəmov isə "Gələcək üçün Bacarıqlar" layihəsində II yer tutduğuna görə fəxri fərmanla təltif ediliblər. 304 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetinin əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olub Azərbaycan Texnologiya Universitetinin əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olub. “Gheorghe Asachi” İaşi Texniki Universitetinə baş tutan səfər 3-7 iyul tarixlərini əhatə edib. Səfər çərçivəsində Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov “Gheorghe Asachi” Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru prof. İrina Lunqu, didaktik fəaliyyət və keyfiyyətin təminatı üzrə prorektoru prof. Neculai-Eugen Seghedin ilə görüşüblər. Məhsuldar görüşlər zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri, əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib. Səfər çərçivəsində ATU əməkdaşları Erasmus+ proqramı üzrə koordinator prof. Mirela Blaqa, Dr. Mariana İçim və əməkdaşları ilə görüşüblər. Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi və mübadilə sayının artırılması ilə bağlı geniş müzakirələr aparıb, təklif və tövsiyələr dinlənilib. 246 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti ilə “Alexandru İoan Cuza” Universiteti arasında görüş keçirilib Azərbaycan Texnologiya Universiteti ilə “Alexandru İoan Cuza” Universiteti arasında görüş keçirilib. Rumıniyada, “Alexandru İoan Cuza” Universitetində baş tutan görüşdə Azərbaycan Texnologiya Universitetini Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov təmsil edib. Görüş hər iki universitet arasında imzalanacaq əməkdaşlıq memorandumunun detallarının müzakirə edilməsi məqsədilə təşkil olunub. Görüş zamanı R.Hüseynov Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair təkliflərini təqdim edib. Memorandumun detallarının müzakirəsi zamanı fakültələrarası əlaqələrə də toxunulub, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi ilə “Alexandru İoan Cuza” Universitetinin İqtisadiyyat və biznesin idarəetməsi fakültəsi arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə edilib. 230 dəfə oxunub
ECAR Erasmus+ layihəsi iştirakçıları İspaniyaya səfər edib Azərbaycan Texnologiya Universitetinin tərəfdaş qismində çıxış etdiyi “Azərbaycan Rektorlar Konfransının yaradılması”-ECAR Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərinə baş tutub. 10-14 iyul tarixlərini əhatə edən səfər çərçivəsində tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransının, eləcə də və İspaniya ali təhsil müəssisələrinin, həmçinin Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübələri öyrənilib. Səfərdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Süleyman Turxan, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edib. Azərbaycan Texnologiya Universitetini sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov və Tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil ediblər. Tədbirdə İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimatla çıxış edərək ünvanlanan sualları cavablandırıb. İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə məzmunlu təqdimatla çıxış edərək İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən sektorlararası münasibətlər və koordinasiyanın vacibliyindən danışıb. Yekunda sual-cavab sessiyası baş tutub, xarici ekspertlərlə faydalı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Bakı Biznes Universitetinin kordinatorluğu ilə reallaşdırılan “Azərbaycan Rektorlar Konfransının yaradılması”- ECAR Erasmus+ layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. 214 dəfə oxunub
ATU-nun magistratura səviyyəsinə 172 nəfər qəbul olub Azərbaycan Texnologiya Universitetinin (ATU) magistratura səviyyəsinə I turun nəticələrinə əsasən 172 nəfər qəbul olub. Bu göstərici plan yerlərinin 96%-ni təşkil edir. ATU-nun magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinin sayı 7-dir:• 256468 MBA proqramı üzrə Biznesin təşkili və idarə edilməsi (menecment) (tədris ingilis dilində) ixtisaslaşması - 4 yer – 1750 AZN• 256151 Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisaslaşması - 2 yer – 1350 AZN• 256143 Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətlərinin təşkili ixtisaslaşması - 1 yer – 1350 AZNBoş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq. Qeyd edək ki, magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qəbul olan bütün magistrlərimizi təbrik edir, onlara təhsildə uğurlar arzulayırıq. 333 dəfə oxunub
Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Texnologiya Universiteti ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tərəfindən Gəncədə baş tutan əmək yarmarkası çərçivəsində imzalanıb. Memorandumda universitetin profilinə uyğun olaraq mütəxəssislərə olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əmək bazarının tələblərinə uyğun tədris proqramlarının birgə təkmilləşdirilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, birgə peşəyönümünə dair məsləhət xidmətlərinin, startap və inkubasiya mərkəzlərinin yaradılması, innovativ layihələrin həyata keçirilməsi, ekspertlərin və mentorların, habelə ən qabaqcıl təcrübələrin mübadiləsi kimi bir sıra bəndlər öz əksini tapır. 262 dəfə oxunub