“Techspace Azerbaijan” şirkəti Azərbaycan Texnologiya Universiteti tələbələrinə Csharp və MsSql dərsləri üzrə təlim keçibİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə reallaşan təlim-seminar “Technest” təqaüd proqramı çərçivəsində baş tutub. Təlimçi qismində proqramın müəllimləri iştirak edib.“Technest” təqaüd proqramı 2021-ci ilin oktyabrından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.Fəaliyyətinin ilk ilində proqramdan 600-dən çox gənc yararlanıb. 215 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (ATU) təsərrüfat işçilərinə Qurban əti paylanıbBayram sovqatı ATU Həmkarlar İttifaqı Komitəsi tərəfindən müqəddəs Qurban bayramı münasibətilə təqdim edilib. 215 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində 26-iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdən öncə universitetin həyətində ucaldılmış Şəhidlər abidəsi qarşısında gülqoyma mərasimi keçirilib.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov tədbiri giriş sözü ilə açıq elan edib. Ş.Həsənov Milli Ordunun yaranması, quruculuq tarixindən və şanlı qələbəsindən, dünyaya göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib.Tədbirdə İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosenti Mehriban Tağıyeva, baş müəllimi Zəminə Novruzova çıxış edərək ölkəmizin hərbi sahədə təcrübəli ordusundan, əldə etdiyi şanlı zəfərdən və apardığı hərbi əməliyyatlardan bəhs ediblər.Sonda rəşadətli Azərbaycan Ordusunun döyüş yolunu əks etdirən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş video-çarx təqdim olunub. 252 dəfə oxunub
Azərbaycan Rektorlar Konfransının yaradılması” ECAR layihəsi Brüsseldə öz işini davam etdirir… Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu ECAR layihəsinin növbəti səfəri Belçikanın paytaxtı Brüsseldə baş tutub. 3-7 iyul tarixlərini əhatə edən səfərdə layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri iştirak edir. Bu dəfə onlar Avropanın nüfuzlu EFMD təşkilatında müxtəlif təlim-seminarlarda iştirak edirlər. Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra təlim EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələri, ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyaları, Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri kimi mövzuları əhatə edib. Təlimlərin əsas məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri dr. Koen Verlaeckt, dr. Sophie Dufays tərəfindən həyata keçirilib və yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini Mətbuat Xidmətinin rəhbəri Xəyalə Məmmədova təmsil edir. Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatoru olduğu Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. 232 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e dos. Yaşar Ömərov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər heyəti ilə görüş keçiribADY-də baş tutan görüşdə qurumun müvafiq idarə, departament və xidmət rəhbərləri iştirak edib. Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri müzakirə edilib.Müzakirələr zamanı elm və sənaye yönümlü, tələbələrin praktik vərdişlərə yiyələnmələrinə istiqamətlənən xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ATU-nun "Nəqliyyat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları üzrə birgə kadr hazırlığının həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsinin təşkili, ATU-da ADY-nin ixtisaslaşmış auditoriyasının yaradılması və digər məsələlər haqqında danışılıb. 250 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib.Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib.Müsabiqədə Azərbaycan Texnologiya Universitetinin 3 əməkdaşı mentor qismində çıxış edib. Onlardan İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Tural Rüstəmov ikinci yeri tutaraq mükafata layiq görülüb.“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət startap komandalar da iştirak edib. 237 dəfə oxunub