Azərbaycan Rektorlar Konfransının yaradılması” ECAR layihəsi Brüsseldə öz işini davam etdirir… Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu ECAR layihəsinin növbəti səfəri Belçikanın paytaxtı Brüsseldə baş tutub. 3-7 iyul tarixlərini əhatə edən səfərdə layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri iştirak edir. Bu dəfə onlar Avropanın nüfuzlu EFMD təşkilatında müxtəlif təlim-seminarlarda iştirak edirlər. Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra təlim EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələri, ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyaları, Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri kimi mövzuları əhatə edib. Təlimlərin əsas məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri dr. Koen Verlaeckt, dr. Sophie Dufays tərəfindən həyata keçirilib və yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini Mətbuat Xidmətinin rəhbəri Xəyalə Məmmədova təmsil edir. Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatoru olduğu Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. 232 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e dos. Yaşar Ömərov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər heyəti ilə görüş keçiribADY-də baş tutan görüşdə qurumun müvafiq idarə, departament və xidmət rəhbərləri iştirak edib. Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri müzakirə edilib.Müzakirələr zamanı elm və sənaye yönümlü, tələbələrin praktik vərdişlərə yiyələnmələrinə istiqamətlənən xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ATU-nun "Nəqliyyat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları üzrə birgə kadr hazırlığının həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsinin təşkili, ATU-da ADY-nin ixtisaslaşmış auditoriyasının yaradılması və digər məsələlər haqqında danışılıb. 250 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib.Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib.Müsabiqədə Azərbaycan Texnologiya Universitetinin 3 əməkdaşı mentor qismində çıxış edib. Onlardan İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Tural Rüstəmov ikinci yeri tutaraq mükafata layiq görülüb.“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət startap komandalar da iştirak edib. 237 dəfə oxunub
Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.Qeyd edək ki, “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsis edilib.Medal Y.Ömərova Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən “100 illiyin gələcəyi” adlı tədbirdə təqdim edilib.Qeyd edək ki, tədbirdə innovasiya ekosisteminə dəstək olan bir sıra rektorlar Azərbaycan Respublikasının medalı ilə təltif olunub. 186 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 2022/2023-cü tədris ilinin yekun iclası keçirilibElmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov Elmi Şuranın 11 saylı iclasını açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.Daha sonra 2022/2023-cü tədris ilində ATU-nun fəaliyyəti və perspektiv inkişafı haqqında universitetin rektoru v.m.i.e. dos. Y.Ömərovun hesabatı dinlənilib.Sonra elmi katib Sevda Qurbanova 2023/2024-cü tədris ilinin birinci yarımili üçün universitet Elmi Şurasının iş planını müzakirəyə təqdim edib, müzakirələrdən sonra plan təsdiq olunub.Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin hesabatı dinlənilib.İmtahan komissiyasının rəhbəri İlhamə Rəhimova yaz imtahan sessiyasının vəziyyəti, Eldəniz Bayramov Apellyasiya komissiyasında işin gedişatı ilə bağlı məruzələrlə çıxış ediblər.Elm və innovasiyalar üzrə prorektor əvəzi i.e.d. Mayıs Gülalıyev universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrin yaradılmasına dair müvafiq komissiyanın hesabatını səsləndirib.İclas çərçivəsində tədris metodiki vəsaitlər təsdiq olunub, İctimai elmlər və multikulturalizm kafedrasının dos. Hüseyn Budaqov 75 illiyi münasibətilə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Tural Rüstəmov isə "Gələcək üçün Bacarıqlar" layihəsində II yer tutduğuna görə fəxri fərmanla təltif ediliblər. 304 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetinin əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olub Azərbaycan Texnologiya Universitetinin əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olub. “Gheorghe Asachi” İaşi Texniki Universitetinə baş tutan səfər 3-7 iyul tarixlərini əhatə edib. Səfər çərçivəsində Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov “Gheorghe Asachi” Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru prof. İrina Lunqu, didaktik fəaliyyət və keyfiyyətin təminatı üzrə prorektoru prof. Neculai-Eugen Seghedin ilə görüşüblər. Məhsuldar görüşlər zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri, əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib. Səfər çərçivəsində ATU əməkdaşları Erasmus+ proqramı üzrə koordinator prof. Mirela Blaqa, Dr. Mariana İçim və əməkdaşları ilə görüşüblər. Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi və mübadilə sayının artırılması ilə bağlı geniş müzakirələr aparıb, təklif və tövsiyələr dinlənilib. 246 dəfə oxunub