Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib

Azərbaycan Texnologiya Universitetində “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib. Təlimçi qismində Türkiyə (Dokuz Eylül Universiteti), İtaliya (Berqamo Universiteti), Estoniya (Diplomatiya Məktəbi) və digər Avropa ölkələrində təhsilini başa vuraraq elmi dərəcə almış, hazırda İsveç Müdafiə Universitetində və Cenevrə Ali İnstitutunda akademik karyerasını davam etdirən Dr. Eşqin Tanrıverdi çıxış edib.Təlimdə universitetin inzibati rəhbər heyəti iştirak edib.Təlimçi məruzəsində elmin yeni texnologiyaların inkişafına verdiyi töhfələrdən, elmi tədqiqat istiqamətləri və metodlarından, problemlərin həlli yollarının axtarışından, ali təhsil sisteminin akademik dərəcədə rolundan bəhs edib.Seminarın sonunda mövcud problemlər, xüsusilə təhsil və əmək bazarı arasında olan natarazlığın aradan qaldırılması yollarının təhlili aparılıb, müdavimlərin sualları cavablandırılıb. 379 dəfə oxunub

``StartupFest Gəncə`` müsabiqəsində ilkin qiymətləndirmə başa çatıb

"StartupFest Gəncə" müsabiqəsində ilkin qiymətləndirmə başa çatıb4 aprel tarixində “StartapFest Gəncə” müsabiqəsində iştirak edəcək komandalarla görüş keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetinin komandaları elm və innovasiyalar üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyevin rəhbərliyi ilə təmsil olunub.Tədbirdə Asiya İnkişaf Bankının (AİB) ölkədəki nümayəndəliyinin Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrukh və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov açılış nitqi ilə çıxış ediblər. Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan görüşdə ilkin qiymətləndirmədən uğurla keçən, təşəbbüskar gənclərdən ibarət komandalar proqram çərçivəsində reallaşacaq təlim və seminarlar barədə məlumatlandırılıblar.Qeyd edək ki, “StartapFest Gəncə” müsabiqəsi Asiya İnkişaf Bankının təşəbbüsü ilə reallaşan, Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilən və Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu Texnoloji startapların təşviqi layihəsi çərçivəsində həyata keçirilir. Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən proqrama qatılmış 71 komandadan 15-i növbəti mərhələyə vəsiqə qazanıb ki, onlardan da 3-ü Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət komandalardır.Proqramın məqsədi regionda yaşıl enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verməkdir.     312 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetinin sənaye əməkdaşlığı genişlənir

Azərbaycan Texnologiya Universitetinin sənaye əməkdaşlığı genişlənir2023-cü ilin 5 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov və Qida mühəndisliyi fakültəsinin əməkdaşları Qəbələ rayonunda yerləşən Qəbələ Konserv Zavodu və “Aspi Winery” Üzüm Emalı Zavoduna səfər ediblər.Səfər çərçivəsində ATU heyəti müəssisələrin infrastrukturu, istehsalat prossesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Hər iki müəssisədə görüş zamanı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, digər əməkdaşlıq imkanları müzakirə edilib.Müzakirələrdən sonra ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərovla “Aspi Winery” Üzüm Emalı Zavodunun direktoru Əjdər Şəfizadə əməkdaşlıq memorandumu imzalayıblar. Bundan başqa yaxın günlərdə Qəbələ Konserv Zavodu ilə də əməkdaşlıq memorandumunun imzalanacağına dair razılıq əldə edilib. 323 dəfə oxunub


4 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində ``Aprel döyüşləri” adlı tədbir keçirilib

4 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində "Aprel döyüşləri” adlı tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan edilən tədbirdə Aprel döyüşləri şəhidləri, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov çıxış edərək böyük zəfərə gedən yolun həm də Aprel döyüşlərindən başladığını bildirib, bu döyüşlərin, həmin vaxt azad olunan yüksəkliklərin 44 günlük Vətən müharibəsindəki əhəmiyyətindən bəhs edib.Tədbirdə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, aprel şəhidi Rəşad Niftalılının xatirəsi yad edilib, çıxış edən müəllimləri onun həyat hekayəsindən, şücaətindən, qəhrəmanlığından danışıblar. Bir neçə gün əvvəl Rəşadın ailəsini ziyarət edən əməkdaşlar görüşün təəssüratlarını çatdırıblar.İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Fazil Kərimov ATU ailəsinin Rəşadın timsalında bütün şəhid məzun və tələbələri ilə fəxr etdiyini deyib.Tədbirdə II Qarabağ müharibəsi qazisi Elşad Babayev çıxış edərək döyüş xatirələrini bölüşüb. Sonda Azərbaycanın Zəfərinə həsr edilmiş videoçarx izlənilib. 341 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçiriləcək.

Azərbaycan Texnologiya Universitetində 7 aprel saat 15:00-da “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçiriləcək.Təlimçi qismində Türkiyə (Dokuz Eylül Universiteti), İtaliya (Berqamo Universiteti), Estoniya (Diplomatiya Məktəbi) və digər Avropa ölkələrində təhsilini başa vuraraq elmi dərəcə almış, hazırda İsveç Müdafiə Universitetində və Cenevrə Ali İnstitutunda akademik karyerasını davam etdirən Dr. Eşqin Tanrıverdi çıxış edəcək.Təlim universitetin inzibati rəhbər heyəti üçün nəzərdə tutulub.Məkan: PortBaku Təlim-Tərdis Mərkəzi (I korpus) 307 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi ATU məzunu, Aprel döyüşləri şəhidi Rəşad Niftalılının ailəsini ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi ATU məzunu, Aprel döyüşləri şəhidi Rəşad Niftalılının ailəsini ziyarət edibKollektiv Rəşadın ailəsi ilə birlikdə onun məzarına baş çəkib, ruhuna dualar oxuyub, əziz xatirəsini yad edib.Görüş zamanı Y.Ömərov Rəşadın ATU tələbəsi tərəfindən çəkilmiş rəsmini ailəsinə təqdim edib, bildirib ki, Aprel döyüşləri qələbəmizin təməli, Rəşadın Vətən sevgisi və şücaəti isə digər tələbələrimiz üçün stimul olub.Y.Ömərov 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid məzun və tələbələrimizi, qazilərimizi xatırladaraq onların həm də Aprel döyüşlərindəki uğurlardan ilhamlandıqlarını bildirib, universitetin bütün şəhid məzun və tələbələri ilə daim fəxr etdiyini dilə gətirib.Əslən Zəngilandan olan Rəşad 2015-ci ildə ATU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olub.Məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollanan Rəşad 2016-cı ilin 2 aprel tarixində ermənilərin təmas xəttində yenidən dinc sakinlərimizi atəşə tutmasına cavab verilərkən qəhrəmancasına şəhid olub.Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.     301 dəfə oxunub