Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşları üçün iftar süfrəsi açılıb

Universitetin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, sülh və əmin-amanlıq arzulayıb.
Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətirib.
ATU Həmkarlar İttifaqı Komitəsinin xətti ilə baş tutan tədbirdə İdarəetmə kafedrasının müdiri prof. Füzuli Məmmədov da çıxış edərək başda rektor v.m.i.e. dos.Yaşar Ömərov olmaqla bütün kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzular diləyib.
Daha sonra iftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.

Azərbaycan Texnologiya Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş birincilik oyunları keçiriləcək

  Azərbaycan Texnologiya Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş stolüstü tennis, dama, şahmat və voleybol üzrə birincilik oyunları keçiriləcək. 26 aprel, 2023-cü il tarixində start götürəcək yarışlar Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və tələbələri arasında baş tutacaq. Oyunlar universitetin idman zalında əvvəlcə əməkdaşlar, daha sonra tələbələr arasında keçiriləcək. 358 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində ``Vətən sizə övlad dedi`` layihəsinin təqdimatı olub

  Azərbaycan Texnologiya Universitetində "Vətən sizə övlad dedi" layihəsinin təqdimatı olub Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Təqdimat mərasimində Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, layihə rəhbəri Elnarə Abbasova, şəhid anaları Nailə Ələkbərova, Sevil Hüseynova və respublikanın müxtəlif bölgələrindən şəhid ailələri, universitetin  tələbə və müəllim kollektivi iştirak edib. Görüş çərçivəsində layihə əsasında ərsəyə gəlmiş "Ana laylasıyla çağırdı Vətən" adlı sənədli film nümayiş etdirilib. Filmdə şəhid Rəşad Ələkbərov və Zaur ismayılzadənin həyatından və keçdiyi döyüş yolundan bəhs edilir. "Vətən sizə övlad dedi" layihəsinin məqsədi müharibə iştirakçılarına psixoloji dəstək göstərmək, Vətən uğrunda canından keçən şəhidləri bir daha tanıtmaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etməkdən ibarətdir.     429 dəfə oxunub


Azərbaycan Texnologiya Universiteti aşağıdakı elm sahələri üzrə 2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir

  Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Texnologiya UniversitetiAşağıdakı elm sahələri üzrə2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrədoktorantura və dissertanturaya qəbul elan edir   Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarına əsasən 2023-cü il üçün aşağıdakı ixtisaslardan  fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya  qəbul elan edir: 1.  3304.01 - Kompüter qurğuları və texnologiyası – doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer; 2.  3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi - doktorantura əyani - 1 yer, dissertantura* - MDU üçün məqsədli 1 yer; 3.  3309.01 - Qida məhsullarının texnologiyası - doktorantura əyani - 1 yer; 4.  3316.01 - Metal məhsulları texnologiyası - dissertantura - 1 yer; 5.  3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri - doktorantura əyani - 1 yer; 6.  3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi - dissertantura* - 1 yer; 7.  3339.01 - İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi - dissertantura* - 1 yer; 8.  5304.01 - İqtisadi fəaliyyət növləri - dissertantura* – 1 yer; 9.  5308.01 - Ümumi iqtisadiyyat - doktorantura əyani – 1 yer, dissertantura* - 1 yer; 10.  5311.01 - Müəssisələrin təşkili və idarəolunması - doktorantura qiyabi - 2 yer; 11.  5312.01 - Sahə iqtisadiyyatı - doktorantura qiyabi - 1 yer, dissertantura* – 1 yer *Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq. Sənəd qəbulu 12 aprel 2023-cü il tarixindən 16 may 2023-cü il tarixədək portal.edu.az vasitəsi ilə keçiriləcəkdir . Əlaqə  Tel.: 022-267-03-91 (Magistratura və Doktorantura şöbəsi).     426 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetinin Kitabxana İnformasiya Mərkəzində Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ``Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir`` adlı tədbir keçirilib 

Azərbaycan Texnologiya Universitetinin Kitabxana İnformasiya Mərkəzində Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir" adlı tədbir keçirilib  Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Ş.Həsənov çıxış edərək tədbiri açıq elan edib. Ulu Öndərin dövlətimizin müstəqilliyi və inkişafı naminə əvəzedilməz işlər gördüyünü, bugünümüz və gələcəyimiz üçün zəngin irs qoyduğunu qeyd edib. KİM-in direktoru A.Qurbanovanın "Ulu Öndər H.Əliyevin həyatında kitab və mütaliənin rolu" mövzusunda, xidmət şöbəsinin müdiri A.Hüseynovun "Azərbaycanda kitabxana işinin inkişafına H.Əliyev qayğısı" mövzusunda, İqtisadiyyat fakültəsinin dekan müavini T.Rüstəmovun, TGT sədri Ə.Məmmədovun çıxışları dinlənilib. Qida mühəndisliyi fakültəsinin IV kurs tələbəsi Ş.Əlizadə H.Əliyevə həsr olunmuş şeir səsləndirib. Sonda Ümumilli lider H.Əliyevə həsr edilmiş slayd təqdim olunub. 466 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində ``Turizm könüllüləri`` təşkilatının əməkdaşları müəllim və tələbələrlə görüş keçiriblər

Azərbaycan Texnologiya Universitetində "Turizm könüllüləri" təşkilatının əməkdaşları müəllim və tələbələrlə görüş keçiriblər Təşkil olunmuş görüşdə DMO mütəxəssisi Fərid Nəbiyev, Regionlarda layihələrin idarə olunması üzrə mütəxəssis Ziba Həsənova, Turizm könüllüləri təşkilatının icraçı direktoru Salayeva Ramina iştirak ediblər.  Görüşdə tələbələrə bildirilib ki, görüşün keçirilməsində məqsəd bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlıq yaradaraq, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir. Təşkilatın təsis olunma məqsədi, fəaliyyət istiqamətləri və gələcək fəaliyyət planı barədə məlumat verilib.  Diskussiya şəraitində baş tutan tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətinə marağı olan tələbələrin üzvlük üçün müraciət etmələri bildirilib. 349 dəfə oxunub