Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin (ATU) bir qrup əməkdaşı universitetin şəhid tələbəsinin ailəsini ziyarət ediblər

Azərbaycan Texnologiya Universitetinin (ATU) bir qrup əməkdaşı Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyevin rəhbərliyi ilə universitetin şəhid tələbəsi Kənan Ömərlinin Göyçay rayonu, Cəyirli kəndində yaşayan ailəsini ziyarət ediblər.Şəhidin mövlud gününə qatılan ATU kollektivi ailə ilə birlikdə Kənanın təhsil aldığı orta məktəbdə də olublar. Əməkdaşlar şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, valideynlərinə və yaxınlarına Azərbaycan Texnologiya Universitetinin Kənanla daim fəxr etdiyini, şəhid tələbə və məzunlarımızın heç vaxt unudulmayacağını bildiriblər.Kənan Ömərli təhsilini yarımçıq qoyaraq könüllü döyüşlərə qatılmışdı. ATU tələbəsi 44 günlük Vətən müharibəsində şücaət göstərərək 6 oktyabr 2020-il tarixində Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ölkə başçısının sərəncamı ilə 3 - cü dərəcəli "Vətənə xidmət" ordeni", "Ağdamın azad olunması", "Vətən uğrunda" medalları ilə təltif edilib.Allah rəhmət eləsin. 454 dəfə oxunub

Ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə YAP Gəncə şəhər təşkilatının partiya fəalları ağacəkmə aksiyası keçiriblər.

Aksiyada Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos Yaşar Ömərov, əməkdaşları və tələbələr də iştirak edib.

Aksiyada həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təşkilatın partiya fəalları və gənclər iştirak ediblər.

Aksiya iştirakçıları Nizami Gəncəvi Məqbərəsi ətrafında 20 ədəd Gəncənin simvolu olan çinar ağacı əkiblər. Bununla yanaşı, partiya fəalları ərazidə təmizlik işləri aparıb, yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qulluq göstəriblər.

 

Azərbaycan Texnologiya Universitetində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Azərbaycan Texnologiya Universitetində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Yaşıllaşdırma aksiyası çərçivəsində Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisinə 50-ə yaxın həmişəyaşıl ağaclar əkilib. Bundan başqa universitet ərazisində yerləşən Bayraq meydanının ətrafına, eləcə də yaşıllıq zonalarına müxtəlif güllər əkilib. Aksiya çərçivəsində Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisindəki yaşıllığa aqrotexniki qulluq göstərilib. 451 dəfə oxunub


Azərbaycan Texnologiya Universiteti rəhbərliyi və kollektivi universitetin bütün xanım əməkdaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Bu gün Azərbaycan Texnologiya Universiteti rəhbərliyi və kollektivi universitetin bütün xanım əməkdaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. 451 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu ilə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli nasir, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu ilə görüş keçirilibTədbir 5 mart tarixində Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərin timsalında torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.Moderator şairin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra Baba Vəziroğlu açılış nitqi ilə çıxış edib.Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu "Sən elə bir zirvəsən" və “Cənab Ali Baş komandan” şeirlərini səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.Tədbir zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov şairə ATU əməkdaşının əl işini – Baba Vəziroğlunun yağlı boya ilə çəkilmiş protretini təqdim edib.Görüşdə ATU tələbələrinin ifasında şairin şeirləri, şeirlərinə bəstələnən musiqilər səsləndirilib.Tədbir boyu B.Vəziroğlu tələbələri maraqlandıran bir çox sualları cavablandırıb, müxtəlif şeirlərini səsləndirib.Sonda şair kitablarını öz imzası ilə oxuculara hədiyyə edib.       460 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunubGəncə Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.ATU-da baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dos. Yaşar Ömərov bildirib ki, xüsusi gün münasibətilə baş tutan tədbir həm də maarifləndirici xarakter daşıyır. Y.Ömərov 44 günlük Vətən müharibəsi dövründə dinc əhalinin raket hücumuna məruz qaldığı zaman, eyni zamanda qardaş ölkə Türkiyədə baş verən təbii fəlakət zamanı FHN xilasedicilərinin müstəsna xidmətlərindən bəhs edib, universitetimizdə mülki müdafiə qərargahının fəaliyyət göstərdiyini, fənnin tədrisi prosesinə xüsusi yer ayrıldığını vurğulayıb.Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin nümayəndələri çıxış ediblər. Bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Hər il mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.Tədbirdə FHN əməkdaşları tələbələr qarşısında insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış ediblər. Əyani vəsaitlər, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olunub, tələbələrin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.       435 dəfə oxunub