Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da tədqiqatçılar Avropa alimlərinin təlimlərinə cəlb edilib

Azərbaycan Texnologiya Universitetində Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin professoru Aniko Kademi-Vidranın təlimləri təşkil edilib.
Onlayn təlimdə Universitetin magistr və doktorantları, professor-müəllim heyəti iştirak edib.
Təlimdən əvvəl gənc tədqiqatçılar avropalı professor ilə əlaqələndirilib. Professor magistrların tədqiqat mövzularını, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini onlayn şəkildə qeydə alıb.
Prof. Aniko Kademi-Vidra elmi-tədqiqat sahəsi ilə bağlı əvvəldən verilmiş bütün sualları cavablandırıb, dissertasiya mövzuları ilə bağlı məsləhətlər verib.
Təlimdə dissertasiya işinin yazılma qaydaları, müxtəlif xarici jurnallarda elmi məqalələrin, tezislərin çap olunmasına dair müzakirələr aparılıb.
Qeyd edək ki, tədqiqat metodologiyası fənni üzrə keçirilən təlimlər 3 gün müddətində davam edib.

ATU ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və İctimai Birliyin sədri Leyla Zeynalova tərəfindən Azərbaycan Texnologiya Universitetində imzalanıb.
Memorandumda təlim, seminar, mentorluq proqramlarının təşkili, birgə tədqiqat proqramlarının yaradılması və tələbələrin bu işə cəlb edilməsi, yeni təhsil və təlim texnologiyalarına dair təşviqedici layihələrin həyata keçirilməsi və s. məsələlər öz əksini tapır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günüdür

Xalqına böyük zəfərlər bəxş edən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə əsrə bərabər yol keçib. Dövlətimizin inkişafı, iqtisadiyyatın artımı, regionda və beynəlxalq arenada söz sahibi olması, ölkəmizin qüdrəti, ərazi bütövlüyünün bərpası, suverenliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərə geri qayıdış və o torpaqlarda aparılan quruculuq işləri məhz Prezident İlham Əliyevin gərgin əməyinin, diplomatik və hərbi bacarıqlarının nəticəsidir.
 
Azərbaycan Texnologiya Universitetinin kollektivi və tələbələri adından dövlət başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.


"AzerGold" tələbələrimiz üçün seminar təşkil edib

Azərbaycan Texnologiya Universitetində "AzerGold" QSC tərəfindən tələbələr üçün karyera planlaması mövzusunda seminar təşkil edilib. Mühazirəçi qismində "AzerGold" QSC-nin Təşkilat-İnkişaf Sektorunun mütəxəssisi Gülzarsəma İsmayılzadə çıxış edib.

Əsasən texniki və texnoloji ixtisaslarda təhsil alan tələbələrin iştirak etdiyi seminarda dinləyicilərə "AzerGold"un "İşəgötürən brendi" barədə məlumat verilib, tələbələrdə ilkin təəssürat formalaşdırılıb, uğurlu karyera qurmaq üçün faydalı məsləhət və tövsiyələr verilib.

ATU-da tələbələr üçün "Şüuraltının sehrli gücü" mövzusuna həsr edilmiş seminar keçirilib

Seminarda psixoloq Kəmalə Abbasovanın məruzəsi dinlənilib.
 
Psixoloq tələbələrlə şüuraltı yollarla xəstəliklərlə mübarizə, travmaları sağaltmaq, özünəinam qazanmaq, əzmli olmaq, məqsədə çatmaq bacarıqları haqda danışıb, mövzular ətrafında konsultasiya xarakterli söhbətlər edib, onların suallarını cavablandırıb.

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı və bir qrup tələbəsi ADA Universitetinə səfər edib

Məqsəd BMT-nin Qida və Ərzaq Təşkilatı (FAO) tərəfindən İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yaradılan Kənd təsərrüfatı və qida elmləri fakültəsi və imkanları ilə yaxından tanışlıq olub.
 
Səfər çərçivəsində ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dos. Mehman İsmayılovla ADA Universitetinin Kənd təsərrüfatı və Qida elmləri" fakültəsinin dekanı Matteo Vittuari və digər əməkdaşları arasında görüş keçirilib, fakültələr arası əməkdaşlıq, magistr, sertifikat proqramlarına dair yeni təcrübələrin öyrənilməsi məsələləri müzakirə edilib.