Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib
Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının qaldırılması ilə açıq elan olunub.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, universitetdə tələbələr üçün yaradılan imkanlardan danışaraq tövsiyələrini verib.
Daha sonra "Azersun Holding" MMC-nin İstedadların idarə olunması şöbəsinin müdiri Səadət Əliyeva, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri prof. Məntiq Cəfərov çıxış edərək tələbələri yeni dərs ili münasibətilə təbrik edib.
Yeni qəbul olan tələbələrin valideynləri, bakalavriat və magistratura səviyyəsinə yüksək balla qəbul olanlar, qazi tələbələr kürsüyə çıxaraq öz ürək sözlərini deyib, tələbə adının sevincini paylaşıblar.
Sonda ATU-ya ən yüksək balla qəbul olmuş tələbələrə universitetin və "Azersun Holdinq"in hədiyyələri və tələbə biletləri təqdim edilib.

Yeni auditoriya istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsində yeni auditoriya istifadəyə verilib.
Həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ixtisaslaşmış auditoriya "IST Services" şirkətinin maliyyə dəstəyi ilə qurulub.
Otağın açılış lentini ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "IST Services" MMC-nin Baş direktoru Orxan Xəlilzadə kəsib.
Qeyd edək ki, "IST Services" ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, müxtəlif peşə, mühəndislik, qida təhlükəsizliyi və s. sahələrdə təlimlər həyata keçirir.

ATU ilə "IST Services" MMC arasında müqavilə imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə "IST Services" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "IST Services"in Baş direktoru Orxan Xəlilzadə imzalayıb.
Əməkdaşlıq müqaviləsinə əsasən "IST Services" şirkəti ATU-nun sifarişi əsasında "Texniki təhlükəsizlik" üzrə nəzəri və praktik təlimlər keçəcək.
Qeyd edək ki, "IST Services" şirkəti ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, müxtəlif peşə, mühəndislik, qida təhlükəsizliyi və s. sahələrdə təlimlər həyata keçirir.


ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub

Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsində Şərabçılıq Mərkəzinin açılışı olub.

Qida mühəndisliyi və ekspertiza kafedrasının nəzdində fəaliyyət göstərəcək Şərabçılıq Mərkəzinə
Üzümün emalı texnologiyası laboratoriyası, 
şərabçılıq üzrə seminar otağı və daha bir tədris auditoriyası daxildir.

Otaqların açılış mərasimində ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov, rəhbər heyət və müvafiq fakültə, kafedra əməkdaşları iştirak edib.

Açılış zamanı bildirilib ki, yeni laboratoriya və auditoriyaların istifadəyə verilməsi şərabçılıq ixtisası tələbələrinin həm nəzəri, həm də praktik biliklərinin artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, cari tədris mövsümündə ATU-da daha bir neçə auditoriya əsaslı təmirdən sonra istifadəyə veriləcək.

ATU-da doktorantura və dissertanturaya ixtisasdan qəbul imtahanı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ixtisasdan qəbul imtahanı keçirilib.

İmtahan “Doktoranturaların  yaradılması və  doktoranturaya qəbul qaydaları”na uyğun həyata keçirilib. İxtisas imtahanında Azərbaycan Texnologiya Universitetinə  sənəd təqdim etmiş, xarici dil imtahanından keçid balını toplamış, fəlsəfə imtahanından məqbul qiymət almış əyani və qiyabi doktoranturaya namizəd olanlar iştirak ediblər. İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan cədvələ əsasən 11 sentyabr tarixində reallaşıb.  

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i. e. dos. Yaşar Ömərovun sədrliyi ilə təşkil olunmuş komissiyalarda  4 ixtisas üzrə imtahan keçirilib.

Fəlsəfə doktoru proqramı üzrə 4 yerə qarşı 6 namizəd iştirak edib.

Həmin fəlsəfə doktoru proqramı üzrə dissertanturaya sənəd təqdim etmiş və xarici dil imtahanından keçid balını toplayan 4 namizəd isə ixtisas fənnindən müsahibədə iştirak edərək 2 yer uğrunda mübarizə aparıb.

İmtahanın nəticələri həmin gün namizədlərə elan olunub.

Yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov 2024/2025-ci tədris ilinə hazırlıqla bağlı iclas keçirib. İclasda rəhbər heyət, dekanlar, kafedra müdirləri, mərkəz və şöbə müdirləri iştirak edib. 

İclas çərçivəsində  ATU-nun elmi işlər üzrə prorektor əvəzi, elm və innovasiya üzrə müşavir Sahil Həmidov və Magistratura və doktorantura şöbəsinin yeni müdiri Eldəniz Bayramov kollektivə təqdim edilib.

Daha sonra Y.Ömərov iclas iştirakçılarını yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik edib, bakalavr və magistr qəbulunun nəticələri barədə qısa məlumat verib.

İclas zamanı dərs yüklərinin və dərs cədvəllərinin vaxtında hazırlanması, vaxtında təqdim olunması və yeni dərs ilində qarşıda duran digər məsələlərin icrası ilə bağlı tapşırıqlar verilib.